“Qarabağ” ilk xal üçün savaşacaq

0
21

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq. Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşacaq.

C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparacaq. Qrupdan çıxmaq iddiasında olan “Atletiko” qələbə ilə xal hesabını artırıb, durumunu yaxşılaşdırmaq əzmindədi. Madridlilər bununla, “Çelsi”yə ev məğlubiyyətini unutdurmalıdı.

“Qarabağ” isə ilk xal üçün savaşacaq. Keçirdiyi hər iki oyunda uduzan Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə sensasiyaya köklənib. İddialı rəqibi büdrətmək əzmində olan əyalət klubu bununla da “Çelsi” və “Roma” məğlubiyyətlərindən sonra azarkeşlər önündə özünü reabilitasiya etməlidi.

 

Qitənin ən nüfuzlu klub turnirindəki qol hesabını evdəki ilk oyununda açan ağdamlılar öz meydanındakı növbəti sınaqda daha bir ilki reallaşdırmalıdı. Bu, ya ilk xal, ya da ilk qələbə olmalıdı. Təbii ki, “Atletiko” kimi rəqibi yenmək inandırıcı görünmür. Amma madridlilərin 1/8 final arzusuna ciddi zərbə vurub, heç-heçə üçün mübarizə aparmaq mümkündü.

 

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

C qrupu

 

20:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya)

Baş hakim: Ruddi Buke

Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano

Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie

Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

 

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antonio Qrizman, 8. Saul Nigez, 10. Yannik Karrasko, 14. Qabi, 16. Şime Vrsaliko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Mariya Ximenes

Ehtiyat oyunçular: 1. Migel Anxel Moyya, 5. Tomas Partey, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Avqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Hernandes

Baş məşqçi: Dieqo Simeone

 

1 Çelsi 2 2 0 0 8-1 6
2 Roma 2 1 1 0 2-1 4
3 Atletiko 2 0 1 1 1-2 1
4 Qarabağ 2 0 0 2 1-8 0