Türk pomidoru dekabrda rus bazarına çıxacaq

0
19

Moskva və Ankara türk pomidorlarının Rusiya bazarına tədarük edilməsi haqqında prinsipial razılığa gəlib. Bunu Rusiyanın energetika naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Akeksandr Novak deyib. Onun sözlərinə görə, razılaşmaya əsasən, dekabrın 1-dən Türkiyənin dörd müəssisəsi Rusiya bazarına 50 min ton həcmində pomidor tədarük edəcək: “Bunu həyata keçirmək üçün hazırda normativ-hüququ baza hazırlanır. Bu məqsədlə normativ-hüquqi bazaya dəyişikliklər edilməlidir və hazırda bu cür sənədlər razılaşdırılır”.