Mingəçevir 1 saylı tam orta məktəbdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib

0
262

Bu gün Mingəçevir 1 saylı tam orta məktəbdə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib. Məktəblilər himni ifa etdikdən sonra tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi Füzuli Əhmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq, 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa edib, özünün suverən dövlətini yaradıb. Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkib: “Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Və beləcə müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu”.

 

Daha sonra məktəbin şagirdlərinin ifasında Azərbaycanin Dövlət Müstəqilliyi Gününə həsr edilmiş kompozisiya nümayiş etdirilib. Tədbir boyunca şagirdlərin şən musiqi və rəqs nömrələri tədbiri daha da rəngarəng edib. Məktəbin direktoru Aynur Rəsulova tədbirin təşkilatçılarına və şagirdlərə minnətdarlıq bildirib.

 

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Könül Hüseynova saytımıza belə bir açıqlama verib: “Füzuli müəllimlə birgə çoxlu tədbir ərsəyə gətirmişik və onları təqdim etmişik. Bu elə tədbirlərdən biridir. Bu tədbirlə bu gün əlamətdar günümüz barədə şagirdlərə, o cümlədən digər tədbir iştirakçılarına kifayət qədər məlumat verə bildik. Onu da dedik ki, Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Esmira Hidayətova, Mingəçevir