“Beşiktaş” autsayderi də itkisiz keçib

0
17

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxıblar. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxıb. Sonuncular Moskvada “Spartak”ın qonağı olub və şokla üzləşiblər. Meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u topa tutub – 7:0.

D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşıb. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatıb – 2:1. “Şaxtyor” isə “Feyenoord”u xalsız qoyub – 2:1.

“Beşiktaş” isə səfərdə “Monako” ilə görüşüb. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçib – 2:1.

İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutub. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşüb. Matçda qalib müəyyənləşməyib – 1:1.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

 

E qrupu

“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) – 0:7

Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

 

“Spartak” (Rusiya) – “Sevilya” (İspaniya) – 5:1

Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 – Kyaer, 31

 

1. Liverpul 3 1 2 0 10:3 5
2. Spartak 3 1 2 0 7:3 5
3. Sevilya 3 1 1 1 6:7 4
4. Maribor 3 0 1 2 1:11 1

 

F qrupu

“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) – 1:2

Qol: Berqus, 7 – Bernard, 24, 54

 

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:1

Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 – Diavara, 73 (pen.)

 

1. Mançester Siti 3 3 0 0 8:1 9
2. Şaxtyor 3 2 0 1 4:4 6
3. Napoli 3 1 0 2 5:5 3
4. Feyenord 3 0 0 3 2:9 0

 

G qrupu

“Leypsiq” (Almaniya) – “Porto” (Portuqaliya) – 3:2

Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 – Abubakar, 18, Markano, 44

 

“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) – 1:2

Qollar: Falkao, 30 – Cenk, 34, 54

 

1. Beşiktaş 3 3 0 0 7:2 9
2. Leypziq 3 1 1 1 4:5 4
3. Porto 3 1 0 2 6:6 3
4. Monako 3 0 1 2 2:6 1

 

H qrupu

“Real” (İspaniya) – “Tottenhem” (İngiltərə) – 1:1

Qollar: Ronaldo, 43 (pen.) – Keyn, 28

 

APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya) – 1:1

Qollar: Pote, 62 – Sokratis, 67

 

1. Tottenhem 3 2 1 0 7:2 7
2. Real Madrid 3 2 1 0 7:2 7
3. Borussiya D. 3 0 1 2 3:7 1
4. APOEL 3 0 1 2 1:7 1