Əlil sürücü imkanlı şəxslərdən kömək istəyir

0
46

Mingəçevirdə məskunlaşmış məcburi köçkün 33 yaşlı Göyüşov İlqar Şahlar oğlu 13 ildir ki, taksi fəaliyyəti ilə məşğuldur. İkinci qrup əlildir. Bir qolunu avtoqəza zamanı itirib. Ata-anası xəstə olduğu üçün ailənin bütün qayğıları onun üzərindədir. Özünün də 4 azyaşlı uşağı var. Heç kimə yük olmamaq üçün tək əli ilə də olsa taksicilik edib gündəlik 5-7 manata yaxın qazandığı pulla ailənin gündəlik təlabatını ödəməyə çalışır.

İlqarın bir qolu protezdir. İldə iki dəfə bu protez dəyişdirilməlidir. İndi İlqar imkanlı şəxslərə üzünü tutub ona bu protezin dəyişdirilməsi üçün maddi yardım göstərilməsini istəyir.

Neçə illər bankdan aldığı kreditlə bu ehtiyacını ödəyirdi. Aldığı 55 manat pensiyanı da bank borca görə saxlayır. Ona görə də əziyyət çəkən bu gənc sürücü ona kömək olunmasını istəyir.

İlqar onu da bildirdi ki, sürdüyü maşın (o bu maşını” cörək ağacı “adlandırır) köhnə olduğuna görə çox zaman müştəri də minmir: “İndi taksiçilik etmək çox çətindir, benzinin qiyməti qalxandan sonra bizim də vəziyyətimiz pisləşdi. Sürücü yoldaşlarım həmişə mənə kömək ediblər. Öz müştərilərini çox vaxt mənə yönləndirirlər ki, axşam evə gedəndə 5-10 manat çörək pulum olsun”.

Esmira Hidayətova, Mingəçevir.