Məktəblinin 10 uşaq tərəfindən döyülməsi yalan çıxdı

0
447

Bu günlərdə report.az saytı belə bir xəbər yayıb: Mingəçevirdə orta məktəb şagirdi sinif yoldaşları tərəfindən döyülüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə 13 saylı orta məktəbdə baş verib. Belə ki, 10-a yaxın məktəbli sinif yoldaşları Murad Musayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Baş, boğaz, qarın və qol nayihələrindən ağır xəsarətlər alan yaralı təcili xəstəxanaya çatdırılıb. Hazırda M. Musayevin müalicəsi davam etdirilir”. Bundan sonra digər saytlarda bu sayta istinad edərək həmin xəbəri tirajladılar.

Bununla bağlı adıçəkilən 13 saylı məktəbdə olduq. Məsələyə aydınlıq gətirən məktəbin tərbiyə işləri üzrə direktor müavini İntizar Şirinova bildirdi ki, hadisə 6 oktyabrda dərsdən sonra baş verib: “Mənə iki uşaq gəlib xəbər verdi ki, Muradla Elmir məktəbin arxasında dalaşırlar. Mən hadisə yerinə getdim və hər iki şagirdi məktəbə gətirib, valideyinlərini dəvət etdim. Davanın səbəbini araşdırdıq və aydın oldu ki, onlar öz aralarındas zarafat edərkən sözləri çəp gəlib. Nəticədə, aralarında mübahisə yaranıb. Amma onların bu söhbətinə heç bir müdaxilə olmayıb. Amma saytlar yazır ki, bir uşağın üstünə 10 nəfər düşərək döyüb. Əslində, dediyim kimi, belə bir hadisə baş verməyib. Həmin məlumatı yayanlardan xahiş edirik, araşdırılmamış məlumatı məktəbimizin adından yazmasınlar. Həm də uşaqlar o dərəcədə dalaşmayıblar ki, Muradın qolu qırılsın. Əksinə Elmirin iki barmağı sınıb. Muradda isə heç bir bədən xəsarəti yoxdur. Hər iki şagird dərslərinə davam etdirirlər”.

Məktəbin 9-cu sinif şagirdləri Murad və Elmirlə də söhbətləşdirk. Onlar bildirdilər ki, biz dərs zamanı zarafat etdik, dərsdən çıxandan sonra, yəni evə gedərkən məktəbin arxasında yenidən sözümüz çəp gəldi. Və ikimiz başladıq dalaşmağa. Amma bizim dalaşmağımıza kənardan heç bir uşağın müdaxiləsi olmayıb. Sözün düzü, bilməzdik ki, bizim zarafatımızın axırı davaya və bu da xəbər saytlarının xəbərinə çevrilə: “Yoldaşlarımızdan eşitdik ki, adımız saytlarda hallanıb. Yəni bizdən heç bir məlumat almamış haqqımızda xoşagəlməyən yazılar dərc edilib. Biz səhvimizi başa düşmüşük, üstəlik, bir-birimizi də bağışlamışıq. İstərdik ki, yoldaşlarımız da belə bir səhv addım atmasınlar. Hazırda bir sinifdə oxuyuruq və heç bir məkktəbə də keçmək istəmirik”.

Mingəçevir Mərkəzi Xəstəxanasının travmotoloqu Şahin Quliyev isə bildirdi ki, Sultanov Elmir İlham oğlu bizə sağ əlin dördüncü, beşinci barmağın daraq sümüyünün sınığı ilə bağlı müraciət edib. Xəstədə elə bir ciddi xəsarət olmayıb. Dİgər

Esmira Hidayətova, Mingəçevir.