Kataloniya lideri müstəqillik elanından vaz keçib

0
307

Kataloniya lideri Karles Puçdemon bu muxtar bölgənin müstəqilliyinin elan olunmasının təxirə salındığını açıqlayıb. alpaninfo.com azərtaca istinadən xəbər verir ki, Kataloniya parlamentinin referendumdan sonra keçirilən ilk iclasında K.Puçdemon deyib: “Oktyabrın 1-də keçirilən referendumun nəticələrinə görə Kataloniya müstəqillik hüququnu əldə etdi. Kataloniyanın respublika tipli dövlət olması üçün xalqın mənə göstərdiyi etimadı dərk edirəm. Amma İspaniya hökuməti ilə dialoq qapısını açmaq üçün müstəqilliyin elan edilməsini təxirə salıram. İspaniya hökumətindən vasitəçiliyi qəbul etməsini istəyirəm”.

Kataloniya böhranının bütün Avropanın problemi olduğunu qeyd edən K.Puçdemon bundan sonra gərginliyi azaldacaq bəyanatlar verməyəcəyini bildirib: “Məndən heç vaxt təhdid eşitməyəcəksiniz. Hamımız eyni fikirdə olmasaq da, birlikdə yaşayacağıq. İspaniya xalqı ilə əlaqələrin yaxşı olması bizim arzumuz və əsas istəyimizdir”.