Avropa çempionatına yekun vurulub

0
260

Bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilib. Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər.

Matçın dördüncü setində üstünlüyü tamamilə ələ alan Serbiya yığması 25:18 hesabı ilə qalib gəlib. Beləliklə, ümumi hesabda 3:1 hesabı ilə qələbə qazanan Serbiya milli komandası Avropa çempionu olub.

Xatırladaq ki, çempionatın bürünc medallarına Türkiyə millisi layiq görülüb. Qardaş ölkə təmsilçiləri üçüncü yer uğrunda görüşdə Azərbaycan milli komandasından üstün olublar – 1:3.

 

Avro – 2017

1 oktyabr

 

Bürünc medal uğrunda oyun

Azərbaycan – Türkiyə – 1:3 (25:22, 21:25, 14:25, 8:25)

 

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

 

 

Final

Hollandiya – Serbiya – 1:3 (20:25, 22:25, 25:18, 18:25)

Hakimlər: Yura Mokri (Slovakiya), Eldar Zülfüqarov (Azərbaycan)