Tramp özünün ilk Asiya səfərinə çıxacaq

0
207

ABŞ Prezidenti Donald Tramp özünün ilk Asiya səfərinə yollanacaq, Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippində, həmçinin Havay adalarında olacaq. Ağ evin mətbuat xidməti tərəfindən sentyabrın 29-da yayılan bəyanatda səfərin noyabrın 3-14-də reallaşacağı bildirilir.

Prezident Donald Tramp səfər çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək, o cümlədən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq və Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının sammitində iştirak edəcək.

Məlumatda, həmçinin qeyd olunur ki, Donald Tramp Amerikanın təhlükəsizliyi və inkişafı üçün azad və açıq Hind-Sakit Okean regionunun əhəmiyyətini müzakirə etmək niyyətindədir. O, Amerikanın ticarət tərəfdaşları ilə ədalətli və qarşılıqlı mənfəətə əsaslanan iqtisadi münasibətləri vacib hesab edir.

Ağ evin mətbuat xidməti prezidentin görüşlərinin Şimali Koreya tərəfindən gələn təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin qətiyyətini artıracağını vurğulayıb.