Nobel mükafatının məbləği artırılıb

0
177

Dünyanın ən nüfuzlu ödüllərindən olan Nobel mükafatının məbləği artırılıb. Bu barədə Nobel Fondunun Direktorlar Şurası qərar qəbul edib.

Fondun sədri Karl Henrik bildirib ki, mükafatın məbləği bundan sonra 9 milyon İsveç kronu (təxminən 1 milyon 119 min ABŞ dolları) olacaq. Beləliklə, mükafatın məbləği əvvəlki illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 124 min dollar), yəni 12,5 faiz artıb.

Xatırladaq ki, Nobel mükafatı fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlara görə verilir.