“Ailələrə Sosial Dayaq” tədbirlərini davam etdirir

0
412

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirir. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların və bu sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən, sosial işlə bağlı fəaliyyət göstərən region qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarətdir.

Layihə çərçivəsində dünən “Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət göstərilməsinin formaları və mərhələləri” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlarin valideynləri, həmin uşaqlarla işləyən könüllülər, sosial sahədə çalışan şəxslər və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihələr üzrə əlaqələndiricisi Gülsəba Ələsgərova da iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir