Tərlan Əhmədov “ağ-qaralar”ın həsrətinə son qoya biləcəkmi?

0
295

Bu gün Topaz Premyer Liqasında beşinci tura start veriləcək. Turun oyunları 2 gün ərzində keçiriləcək və bütün qarşılaşmalar paytaxtda oynanılacaq.

Turun açılış matçında “İnter” və “Sumqayıt” üz-üzə gələcək. 4 turdan sonra hər iki komandanın aktivində 6 xal var.

Günün ikinci oyununda isə “Neftçi” öz meydanında “Zirə”ni qəbul edəcək. Qonaqlar lider olduqları halda, “ağ-qaralar” cari mövsümdə qələbə üzünə həsrətdirlər. Bu görüşə “Neftçi” yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında çıxacaq.

Topaz Premyer Liqası

V tur

16 sentyabr (şənbə)

16:30. “İnter” – “Sumqayıt”
Hakimlər:
 Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
“İnter Arena”

19:30. “Neftçi” – “Zirə”
Hakimlər: 
Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
“Bakcell Arena”

17 sentyabr (bazar)

18:30. “Qarabağ”- “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

21:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
“Dalğa Arena”, 21:00

N Klublar O Q H M T-F X
1 Zirə 4 3 1 0 9-3 10
2 Qarabağ 3 3 0 0 6-2 9
3 Qəbələ 4 2 1 1 5-4 7
4 İnter 4 2 0 2 5-5 6
5 Sumqayıt 4 2 0 2 4-5 6
6 Səbail 3 1 0 2 2-3 3
7 Neftçi 4 0 1 3 1-5 1
8 Kəpəz 4 0 1 3 3-8 1