Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək

0
255

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər – Yeni  Münhen Filarmonik orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

Festivalın proqramı əlavə olunur:

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı

18 – 26 sentyabr 2017-ci il

TƏDBİRLƏR PLANI

Tədbirin adı

 

Keçirilmə yeri   Tarix və saat
Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti  Fəxri Xiyaban

 

18 sentyabr   (bazar ertəsi)

saat 10.00

Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir Azərbaycan Milli Konservatoriyası 18 sentyabr   (bazar ertəsi)

saat 10.30

Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsinin  ziyarəti

 

Milli İncəsənət Muzeyinin bağı 18 sentyabr

(bazar ertəsi)

saat 11.00

Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir 

İştirak edirlər:

 

Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında

(Ş.Bədəlbəyli küçəsi, 98)

 

18 sentyabr (bazar ertəsi)

saat 11.30

Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir Ü.Hacıbəylinin ev muzeyi (Ş.Əzizbəyov küçəsi,  67) 18 sentyabr  (bazar ertəsi)

saat 14.00

Beynəlxalq Musiqi Festivalının açılışı

İştirak edirlər:

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor  Fəxrəddin Kərimov

Solist Aleksey Semenenko (violin)

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 18 sentyabr

(bazar ertəsi)

saat 19.00

 

Ü.Hacıbəylinin yaradıcılığına həsr olunmuş “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans Azərbaycan Bəstəkarlar İttifaqı

(Xaqani küçəsi, 55)

19 sentyabr (çərşənbə axşamı)

saat 12.00

“Barokko və Renessans”

“D`ACCORDO” ansamblı

 

Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi,17) 19 sentyabr (çərşənbə axşamı)

saat 19.00

“İki qəlbin dastanı” adlı kamera musiqisi gecəsi Beynəlxalq   Muğam

Mərkəzi (M.Üseynov prospekti, 30, Dənizkənarı Milli Park)

19 sentyabr

(çərşənbə axşamı)

saat 19.00

Novosibirsk Filarmonik Kamera Orkestri 

 

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10)

 

19 sentyabr (çərşənbə axşamı)

saat 19.00

Ü.Hacıbəyli “Leyli və Məcnun” operası Akademik Opera və Balet Teatrı

(Nizami küçəsi, 95)

19 sentyabr

(çərşənbə axşamı)

saat 19.00

Fortepiano triosu (Rusiya) Bakı Musiqi Akademiyası (Ş.Bədəlbəyli küçəsi, 98) 20 sentyabr

(çərşənbə)

saat 14.00

“Ü.Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans “Xəzər” Universiteti

(Neftçilər Kampusu)

ünvan: Məhsəti küçəsi, 11

20 sentyabr

(çərşənbə)

15.00

Novosibirsk Filarmonik Kamera Orkestri

 

 Sumqayıt Dövlət Dram Teatrı 20 sentyabr

(çərşənbə)

17.00

“Ötən illərin nəğmələri” adlı konsert                                                                           

 G.Əliyeva adına “Dan ulduzu” ansamblı

 

Azərbaycan Dövlət Mahnı Teatrı (R.Behbudov küçəsi, 12) 20 sentyabr

(çərşənbə)

saat 19.00

Fortepiano musiqisi gecəsi

 

 

Beynəlxalq  Muğam Mərkəzi  (Dənizkənarı Milli Park)

 

20 sentyabr

(çərşənbə)

saat 19.00

Ü.Hacıbəylinin və M.Maqomayevin xor və kamera-instrumental əsərlərindən ibarət konsert Azərbaycan Bəstəkarlar İttifaqı

(Xəqani küçəsi, 55)

21 sentyabr

(cümə axşamı)

saat 15.00

“Xəzər” Universitetində konsert və ustad dərsi

 

UNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano)

“Xəzər” Universiteti

(Bəşir Səfəroğlu 122)

21 sentyabr

(cümə axşamı)

saat 16.00

Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblı

Bədii rəhbər  Naala Barateliya

Kamera və Orqan Musiqisi Zalı

(28 May küçəsi,17)

21 sentyabr

(cümə axşamı)

saat 19.00

Mədəniyyət kanalı ilə birgə

“Sevgili canan” adlı layihə

Azərbaycan  gənc bəstəkarlarının yeni romansları

Beynəlxalq Muğam Mərkəzi (M.Üseynov prospekti, 30, Dənizkənarı Milli Park) 21 sentyabr (cümə axşamı)

saat 19:00

Başkənd Akademik Orkestri (Türkiyə)

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

 

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10)

 

22 sentyabr

(cümə )

saat 19.00

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

 

 

Azərbaycan Dövlət Filarmoniyası 23 sentyabr

(şənbə)

saat 19.00

Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediya

 

Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva, 8) 23 sentyabr

(şənbə)

saat 19.00

Fortepiano musiqisi gecəsi

Eldəniz Ələkbərzadə

Proqramda Frederik Şopenin əsərləri

Beynəlxalq Muğam Mərkəzi (M.Üseynov prospekti, 30, Dənizkənarı Milli Park) 23 sentyabr

(şənbə)

saat 19.00

“Üzeyir Hacıbəyliyə ithaf”          

Azərbaycan Televiziya və Radiosunun Əməkdar kollektiv Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 24 sentyabr (bazar)

saat 19.00

Ü.Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediya

 

Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva, 8) 24 sentyabr (bazar)

saat 19.00

Q.Qarayev “Yeddi gözəl” baleti

 

Akademik Opera və Balet Teatrı (Nizami küçəsi,  95) 24 sentyabr (bazar)

saat 19.00

“Kaleydoskop”  kamera musiqisi axşamı

 

 

Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi,17)

 

 

24 sentyabr

(bazar)

saat 19.00

Ağcabədi rayon  “Qarabağ” Muğam Mərkəzi

F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

Bədii rəhbər  Ağaverdi Paşayev

“Qarabağ” muğam mərkəzi

 

 

25 sentyabr

(bazar ertəsi)

saat 15.00

Azərbaycan Televiziyası Mədəniyyət kanalı ilə birgə

“Əbədi musiqi” adlı  konsert-tamaşası

Niyazi adına simfonik orkestri

Heydər Əliyev Sarayı

(Bülbül prospekti, 35)

25 sentyabr

(bazar ertəsi)

saat 19.00

Azərbaycan Dövlət Xor Kapellası və Tbilisi Festival Xorunun birgə layihəsi

 

Azərbaycan  Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10)

 

25 sentyabr

(bazar ertəsi)

saat 19.00

Beynəlxalq Musiqi Festivalın bağlanışı

Yeni Münhen Filarmonik Orkestri (Almaniya)

Azərbaycan  Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 26 sentyabr

(çərşənbə axşamı)

19.00