Mingəçevirdə “Bilik günü “qeyd edilib

0
371

Azərbaycanın bütün bölgələrində olduğu kimi Mingəçevirdə də 15 sentyabr Bilik günü qeyd edilib. Onu da qeyd edək ki,

Təhsil nazirinin əmrinə əsasən, Mingəçevir məktəblərində də 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

Belə möhtəşəm tədbirlərdən biri də Mingəçevir B. Şıxəliyev adına 6 saylı tam orta məktəbdə keçirilib. Dövlətimizin himni səsləndikdən sonra 3 rəngli bayraq meydana gətirilib. Tədbir  milli musiqimizin sədaları altında birincilərin səhnəyə gəlişi ilə başlayıb. Şagirdlərin ifasında bir-birindən gözəl rəqslər,mahnılar, vətənpərvərlik haqqında çıxışlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra məktəbin direktoru Xurşud Zamanova çıxış edərək bütün müəllim, şagird və valideynləri Bilik günü münasibəti ilə təbrik edib. Bildirib ki, bu gün bizim üçün çox böyük bir gündür ona görə ki, cənab nazir Mikayıl Cabbarovun əmrinə əsasən Azərbaycanın bütün məktəblərində ilk dərs böyük tarixi torpaqlara – Cocuq Mərcanlıya qaydış məşğələləri ilə başlayacaq: ” Bu bizi bir daha ruhlandırır və əmin edir ki, gələcəkdə Azərbaycanın işğal altında olan torpaqları tezliklə azad ediləcək. Biz əminik ki, bu qayıdış işğal altında olan digər rayonlarımıza da olacaq. Bu yolda dövlətimizə, dövlətçiliyimizə mətin, mübariz, inamlı olmağı arzulayırıq”. O daha sonra deyib: “Bu il məktəbimizə ilk olaraq iki sinif olmaqla  44 nəfər şagird birinci sinifə qədəm qoyacaq. Onlara da uğurlar arzulayıram”.

Direktor məktəbin idman sahəsindəki uğurlardan,16 nəfər məzundan 8 nəfərin ail məktəblərə qəbulundan da söz açıb.

Tədbirin sonunda təhsildə uğur qazanmış bir sıra müəllim və şagirdlərə diplom və tərifnamələr verilb.

Mingəçevir T əhsil şöbəsinin  müdiri  Sahib Məmmədov bildirib ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil uğurlarının artmasına, tədrisin keyfiyyətinin ilbəil yüksəlməsinə imkan verir. Belə ki, bu il Mingəçevir şəhərinin tam orta məktəblərini bitirən məzunlardan 426-sı tələbə adını qazanıb. Onlardan 60-ı 600-dən, 64-ü isə 500-dən yuxarı bal toplayıb. Son beş ilin müqayisəli təhlili göstərir ki, həm ali məktəblərə qəbulun göstəricilərinə, həm də elmi layihələrdə, olimpiada və müxtəlif müsabiqələrdə iştiraka görə Mingəçevir məktəblilərinin əldə etdikləri nəticələr ürəkaçandır.

Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

 

Esmira Hidayətova, Mingəçevir