Ramzan Kadırov… rəsmi Moskvanın mövqeyinə qarşı çıxacaq

0
315

Çeçenistanın başçısı Ramzan Kadırov Myanmada Arakan müsəlmanlarının kütləvi qətliamını şərh edib. “Vesti.ru”nun verdiyi məlumata görə, R. Kadırov qeyd edib ki, əgər Rusiya hazırda cinayət törədən həmin şeytanları dəstəkləsə, rəsmi Moskvanın mövqeyinə qarşı çıxacaq: “Çünki mənim öz baxışım, öz möqveyim var”. R. Kadırov öz fikrini “Instagram”da canlı yayım zamanı səsləndirib. Ardından həmin video “YoTube”a yerləşdirilib. O, həmçinin hesab edir ki, heç kəs qatilləri və təcavüz edənləri dəstəkləməyəcək”. Xatırladaq ki, daha əvvəl Rusiyada yaşayan müsəlmanlar Myanmanın Moskvadakı səfirliyinin binası qarşısında razılaşdırılmamış mitinq keçiriblər.