“On May” kursları işini günün tələbləri səviyyəsində qurub

0
1184

Artıq 4 ildir ki, “On May” kursları Mingəçevirdə fəaliyyət göstərir. Bu günlərdə kursun rəhbər və müəllimləri ilə görüşdük. Təşkilatı işlər üzrə mütəxəssis və tarix müəllimi Ceyhun Atayev bildrdi ki, kursun fəaliyyəti müddətində bir çox naliyyətlərə imza atıb: “Təbii ki, bu da aparılan düzgün təbliğatın və günün tələbləri ilə uzlaşan təhsilimizin nəticəsidir. Onu da deyim ki, 2016-cı ilin sentyabr ayından kursumuza Ceyran xanım Sultanova rəhbər təyin olunub. Kursumuzda müxtəlif hazırlıq qrupları (ibtidai sinif, məktəbəqədər, abituriyent, dövlət qulluğu, YÖS (məntiq və riyaziyyat), xarici dil, kompyuter, həmçinin V-VIII sinif hazırlığı) kursları fəaliyyət göstərir. Bu il kursumuzu başa vurmuş 20-ə yaxın abituriyent ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunub”.

O daha sonra dedi: “Kursumuzun qarşısında duran əsas məqsəd 600 baldan yuksək nəticə göstərən abituriyentlər yetişdirməkdir. Kursumuz yeni olmasına baxmayaraq, artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Ümid edirik ki, gələcəkdə də ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplayan bir neçə abituriyent yetişdirə biləcəyik”. Onun sözlərinə görə, hazırda “On May”da 20-dən artıq müəllim çalışır və kurslarda bütün sahələr üzrə şagirdlər təhsil alırlar. Bu işdə şəhərimizin nüfuzlu müəllimləri də öz köməklərini bizdən əsirgəmirlər”.

“Bəs qiymətlər valideynlərin cibinə uyğundurmu?” sualına Ceyhun müəllim belə cavab verdi: “Qiymətlər çox sərfəlidir, imtahanlarda yüksək nəticə əldə edən abituriyentlərə güzəştlər də tətbiq edirik. Eyni zamanda aztəminatlı ailələr müəyyən güzəştlərə malikdirlər”.

 

Kursun rəhbəri Ceyran xanım isə bildirdi ki, kursumuzda məktəbəqədər təhsildən abituriyent hazırlığına qədər bütün siniflər üzrə hazırlıqlar keçirilir: “Fənlər təcrübəli müəllimlər tərəfindən tədris edilir. Hər ayın sonu bütün fənlərdən sınaq imtahanları götürülür. Çalışırıq ki, şəhərdə yaşayan insanların büdcələrinə uyğun addımlar ataq. Əsas məqsədimiz tədrisə önəm verməkdir. Onu da qeyd edim ki, bu ayın 20-də kursumuzda işə qəbulla bağlı imtahanın ilk mərhələsi keçirilib. Bu mərhələyə 20-dən artıq müəllim qoşulub. Yaxın günlərdə nəticələr elan olunacaq. Yüksək nəticə göstərən müəllimlər ikinci mərhələdə iştirak edəcəklər”.

Esmira Hidayətova, Mingəçevir