Televiziya əməkdaşlarına hücüm cəkiblər

0
275

Bu gün Mingəçevirdə Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) bölməsi nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, sürət həddini aşan, hərəkət zolağına çıxan, keçmə qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçirib. Reyd zamanı həmin sürücülərə qarşı inzibati protokollar tərtib olunub. İki saata yaxın davam edən reyddə gərgin anlar da yaşanıb. Hətta reyd zamanı polisə tabe olmayan sürücülər çəkiliş aparan televiziya əməkdaşlarına da hücüm cəkiblər. Onlardan bəziləri bildiriblər ki, çəkiliş olmasaydı guya onlara cərimələr yazılmazdı.

 

Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər.

Məlumat üçün bildirək ki, sürücü Həsənov Füzuli təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Amma bu sürücü digərlərindən fərqli olaraq, polisin keçirdiyi reydləri alqışlayıb.

 

DYP bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov bu günkü reydlə bağlı belə deyib: “Tərəfimizdən keçirilən reyd zamanı əməkdaşlarımız xidməti vəzifələrini ümumilikdə layiqincə yerinə yetirib. Bu gün 150-ə yaxın nəqliyyat vasitələri saxlanılıb, qayda pozuntusu aşkarlanan sürücülərə protokollar tərtib olunub. Təşkil olunan reyddə həkim-narkoloq da iştirak edib. Onu da deyim ki, belə reydlər sentyabr ayının 15-ə dək davam edəcək”.

Esmira Hidayətova, Mingəçevir