Qubada iftar süfrəsi açılıb

0
372

 Müqəddəs Ramazan ayı münasibətilə Quba şəhərində iftar süfrəsi açılıb. Dindarların, şəhid ailələrinin, kimsəsizlərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin qatıldıqları mərasimdə çıxış edənlər Ramazan bayramı münasibətilə xalqımıza təbriklərini çatdırıb, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına göstərilən yüksək dövlət qayğısından bəhs ediblər.
Mərasimdə Ramazan ayının fəzilətləri barədə geniş söhbət açılıb. Bildirilib ki, Ramazanın müqəddəsliyi Qurani-Kərimin məhz bu ayda nazil olması ilə bağlıdır.
Mərasimdə Qurani-Kərimdən ayələr, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub. İşğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, belə iftar mərasimlərinin əzəli torpağımız olan Qarabağda təşkil olunacağına əminlik bildirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here