“Gələcəyə baxış” qaçqın və məcburi köçkünlərə milli-mənəvi dəyərlərdən danışır

0
221

“Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media ilə iş” adlı layihə çərçivəsində Mingəçevir köçkün şəhərciyində tədbir keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi barədə məlumat verən birliyin və layihənin rəhbəri Bəsti Nəsibova qeyd edib ki, əsas məqsədimiz düşmən tapdağı altında olan ərazilərimizə məxsus milli-mənəvi dəyərləri, mədəniyyəti, adət-ənənələrimizi gənclərə çatdırmaqdır: “Respublikamızın ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi daha böyük aktuallıq tələb edir. Milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik ruhunu, estetik duyumunu özündə yaşadır. Biz də bununla bağlı media ilə işbirliyi yaratmışıq. Məqsədimiz həmin yerlərdə qalmış milli-mənəvi dəyərlərimizi media ilə gənclərimizi hali etməkdir. Yeri gəlmişkən, həmin ərazilərdən köçkün düşən insanlar, xüsusilə gənclər respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşdığından zamanla adət-ənənələrini itirməkdədirlər. Bizim də məqsədimiz media ilə əlaqələr quraraq gənclərimizə bu dəyərlər haqqında dolğun məlumat çatdırmaqdır”.

 

 

Tədbirdə çıxış edən qaçqın və məcburi köçkünlər belə layihələrin həyata keçirilməsini alqışlayıblar. Onlar qeyd ediblər ki, hazırda düşmən tapdağı altındakı hər bir bölgənin özünəməxsus ənənələri, bayram adətləri vardır. Onları yaşatmaq hər birimizin borcudur. Çünki onların hər biri bizim milli-mənəvi sərvətimizdir.

Layihə rəhbəri onu da vurğulayıb ki, “Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media il iş” adlı tədbir Bakı, Gəncə, Goranboy, Mingəçevirdə keçirilib. Belə bir tədbir Şəki şəhərində də baş tutacaq.

Esmira Hidayətova, Mingəçevir