Mingəçevir sakini rəisdən razılıq etdi

0
345

“Uzun illər Mingəçevir şəhərində müxtəlif vəzifələrdə işləmişəm. İşlədiyim müddətdə mənə tapşırılan hər bir işin öhdəsindən gəlməyə çalışmışam. Son vaxtlar bir problemlə üzləşmişdim (Həmin problemdən söz açıb vaxtınızı almaq istəmirəm). Şəhərin bəzi rəhbər orqanları mənim problemimi həll etməkdə acizlik çəkdilər. Çox pis vəziyyətdə qalmışdım. Sözün düzü neyləyəcəyimi bilmirdim”. Bu sözləri saytımıza Mingəçevir sakini Əhmədov Fəxrəddin Əliağa oğlu deyib. Fəxrəddin əllimin sözlərinə görə, o, son anda Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Cavid Muradova müraciət edib: “Cavid Muradov  qısa zaman kəsiyində mənim problemimin qanunu yolla həllinə nail oldu. Buna görə ona minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, onu da deyim ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polkovnik-leytenant Cavid Muradov Mingəçevir şəhər Polis İdarəsinin rəisi təyin ediləndən sonra şəhərin asayişi daha da möhkəmlənib. (Bu təyinata görə cənab Ramil Usubova da  minnətdarlığımızı bildiririk) Camaatın polisə inamı artıb. Bir sözlə, işinin məsuliyyətini yaxşı dərk edən Cavid müəllim öz idarəçiliyi ilə qısa zaman kəsiyində Mingəçevir sakinlərinin sevimlisinə çevrilə bilib. Bir də Cavid müəllim gənc kadrdır. Biz şəhər əhalisi belə gənclərin iş prinsipini, əhalinin qayğısına qalmasını çox alqışlayırıq”. 

Əhmədov Fəxrəddin Əliağa oğlu daha sonra deyib: “Mən belə bir məlumatı sizə verməklə, sadəcə, vətəndaşlıq borcumu yerinə yetirməyə çalışdım. Mənim aləmimdə biz sakinlər də belə kadrlara həmişə yardıı olmalıyıq”.