Borsunluda arxeoloji qazıntılara ehtiyac var

0
203

Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb. Tapıntılar rayonun Borsunlu kəndində boru kəmərinin çəkilişləri zamanı üzə çıxıb. Arxeloqların tədqiqatı zamanı ərazidən həmin dövrdə istifadə edilən çıraq, nehrə, müxtəlif formalı gil qablar, rəngli kasalar tapılıb. Üzərində müxtəlif naxışlar, bəzəklər olan gildən hazırlanan qablar 900 ilə yaxın vaxt keçməsinə baxmayaraq öz keyfiyyətini itirməyib. Borsunlu kəndi ərazisində tapılan 30-a yaxın eksponat Goranboy Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib.

 

Muzeyin direktoru Mehdi Səfərov bizə məlumat verərək bildirib ki, tapılan əşyalar arasında kubok formalı iri qablar, böyük qapaqlar, bardaqlar daha çox diqqət çəkir: “Bu da ərazidə sənətkarlığın inkişaf etdiyini, şəhər mədəniyyətinin formalaşdığını göstərir. Məişətdə istifadə olunan əşyaların hazırlanması həmin dövr insanları üçün o qədər də çətinlik yaratmayıb. Borsunlu ərazisində tapılan maddi -mədəniyyət nümunələri ərazidə geniş arxeoloji qazıntı işlərininin aparılmasını labüd edir.

Esmira Hidayətova, Goranboy