Sibirdə nəhəng çuxur tapılıb

0
307
Rus elm adamları peyk vasitəsilə Sibirdə qeyri-adi ölçülərə sahib bir çuxur aşkarlayıblar.
80 metr genişliyə, 30 metr dərinliyə sahib çuxur “dünyanın ucu” adlandırılan Yamal yarımadasında tapılıb. Alimlər əsrarəngiz çuxurun necə əmələ gəldiyini araşdırırlar. Rus geoloqların iddialarına görə, burada yeraltı qazlar böyük rol oynayıb. Şimal qütbü elmi araşdırma mərkəzinin mütəxəssisi Anna Kurçatovaya görə, çuxur qlobal isinmə nəticəsində meydana gəlib: “Həmin ərazi 10 min il bundan əvvəl dəniz olub. Bu, elmi araşdırmalarla öz təsdiqini tapıb. Bizim fərziyyəmizə görə, qlobal isinmə yerin dərinliklərindəki içi qazla dolu buzu əridib. Həmin qazların qum və duzla qarışması nəticəsində şampan butulkasının partlamasına bənzər partlayış baş verib”.

Ancaq sözügedən açıqlama bəzi kütləvi informasiya vasitələrini qane etməyib. Belə ki, bəzi jurnalistlər həmin əraziyə meteorit düşdüyünü iddia ediblər. Hətta hökumətin bunu insanlardan gizlətməyə çalışdığını bildiriblər. Ancaq Rusiyanın Təbii Fəlakətlər Nazirliyi bölgəyə heç bir meteoritin düşmədiyini açıqlayıb. Qeyd edək ki, Sibirin adıçəkilən bölgəsi qaz ehtiyatı ilə zəngindir. Hətta Rusiya Avropaya ötürdüyü təbii qazın böyük bir hissəsini buradan hasil edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here