“Qarabağ”ın ÇL-nın pley-off mərhələsindəki rəqibi bəlli oldu

0
221

“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı “səpələnməmişlər səbəti”ndə yer alan Ağdam təmsilçisinə 5 potensial rəqib arasından Danimarka çempionu “Kopenhagen” klubu düşüb.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) – “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)

“Hapoel” (Beyer-Şeva, İsrail) – “Maribor” (Slovaniya)