Goranboyda növbəti reyd keçirilib

0
219

Goranboy rayonunda Dövlət Yol Polisi tərəfindən reyd keçirilib. Reyd zamanı qaydanı pozan intizamsız sürücülərə qarşı  20-dən artıq inzibati protokol tərtib edilib. Yeri gəlmişkən, hətta sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən qadınlar belə polisin saxla əmrinə isə tape olmurlar. Onlar cərimə yazılmaması üçün müxtəlif bəhanələr söyləyirlər. Reyd zamanı bir avtomobilin sürücüsü çəklişə mane olmağa çalışırdı.

 

Rayonun müxtəlif hissələrində 4 saata yaxın davam edən yoxlamalar zamanı polis əməkdaşları 40-dan artıq avtomobili saxlayıb. Reyddə təhlükəsizlik kəmərindən istifadə etməyən, cəriməni vaxtında ödəməyən, avtomobilin konstruksiyasında dəyişklik edən, eləcə də müvafiq sürücülük vəsiqəsi olmadan, sükan arxasında sərxoş vəziyyətdə olanlar da aşkarlanıb. Goranboy DYPB-nin rəisi Vüqar Hüseynov bildirib ki, gecə saatlarına qədər davam edən reyddə sərnişin daşıyan sənədsiz sürücülər də aşkarlanıb: “Tərəfimizdən sərxoş halda avtomobili idarə edən 4 sürücü də saxlanılıb. Qeyd edim ki,bu kimi reydlər  rayon ərazisində mütamadi olaraq keçiriləcək”.

Esmira Hidayətova, Goranboy