Yeni mövsümün iştirakçıları ilk turdakı rəqiblərini tanıyıblar

0
159

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi keçirilib. Yeni mövsümün iştirakçıları ilk turdakı rəqiblərini tanıyıblar.

 

AFFA-nın inzibati binasında baş tutan mərasimə sayca 26-cı çempionatda mübarizə aparacaq 8 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “Neftçi” və Premyer Liqanın debütantı “Səbail” qatılıblar.

 

Püşkün nəticəsinə görə, ilk turda azarkeşlər iki gərgin oyun izləyəcəklər. Son çempion “Qarabağ” Azərbaycanın ən titullu komandası “Neftçi”nin qonağı olacaq. Bir sözlə, açılış turunda bütün çempionatların iştirakçısı olan komandalar arasında tarixi derbi baş tutacaq.

 

Gümüş mükafatçı “Qəbələ” “İnter”lə Bakıda üz-üzə gələcək. Debütant “Səbail” “Zirə”nin qonağı olacaqsa, iddialı heyət yığan “Sumqayıt” “Kəpəz”i öz meydanında sınağa çəkəcək.

 

Qeyd edək ki, ilk turun oyunları avqustun 11-13-ü aralığında keçiriləcək.

 

I tur

“İnter” – “Qəbələ”

“Neftçi” – “Qarabağ”

“Zirə” – “Səbail”

“Sumqayıt” – “Kəpəz”