Əbülhəsən kişi baba yadigarını satmaq fikirində deyil 

0
392

Mingəçevir sakini Əbülhəsən Mirzəyev evində avtomobil qiymətinə olan qədim saatı qoruyub saxlayır. Maraqlı əşya bu gün, sözün əsl mənasında, elə saat kimi də işləyir. Həm görünüşü təzə, həm də öz təbii rəngini saxlayıb. Əbülhəsən kişinin sözlərinə görə, vaxtölçən cihaz ona babasından yadigar qalıb. 55 yaşlı Mingəçevir sakini onu da deyir ki, vaxtölçəni həftədə bir dəfə üzərindəki daşlar vasitəsi ilə işə salmalı olur: “Bir əsrdən çox yaşı olan qədim saat bu gün də saz vəziyyətdədir. Saat hündür olduğuna görə üst-başını silmək o qədər də asan deyil. Amma ailə üzvlərimiz bu işi hər gün həyata keçirirlər. Onu da deyim ki, bu qədim saatın zəng səsi hər kəsi valeh edir. İstər gecə, istər gündüz olsun, biz onun səsinə alışmışıq”.

 

Qızıldan qiymətli bu saata Mingəçevirdə maraq göstərənlər çoxdur. Saata yüksək məbləğ – 5 min manat təklif edənlər çox olsa da, Əbülhəsən kişi baba yadigarını satmaq fikirində deyil.

Esmira Hidayətova, Mingəçevir