Mingəçevirdə yol polisi reyd keçirib

0
484

Mingəçevirdə şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi reyd keçirib. Reyd zamanı sürücülük hüququ olmayan, avtomobillərə əlavə qurğular quraşdıran, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polisə tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.

 

 

Mingəçevir şəhər Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 3 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyydə 8 sürücüyə qarşı protokol tərtib edilib. Reydlər mütəmadi olaraq davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir