Bayram oldu, heç bilmirəm neyləyim

0
170

 

(Milli mətbuatın 142-ci ildönümü münasibətilə 255 jurnalist yeni mənzillərlə təmin olunub)

 

Bayram oldu, heç bilmirəm neyləyim

Əsəbdən gülməyə heç hal da yoxdur.

Tarımın simləri çoxdan qırılıb

Kaman ələ düşməz, qaval da yoxdur.

 

Qızmar gün altında, dumanda, çəndə

Mətbuatda külüng vururam mən də.

Amma bölgülərdən qalıram gendə,

Heç mənə çatası qoğal da yoxdur.

 

Məni həsrət qoyan mənzilə-evə,

Sözümü gəl dinlə, sən ey KİVDF:

Bölgünlə fəxr edib azı min dəfə:

– Demə, bir kimsəyə zaval da yoxdur.

 

Çalışıb min cəhdlə, min cürə səylə

Oxşayıb könlümü kamanla, neylə

Ovutmayın məni gələn dəfəylə:

Buna bir ehtimal, sığal da yoxdur.

Qvami