“Unudulmaz zərbələr geçəsi”

0
466

Sabah Mingəçevirdə  5 peşəkar boksçu döyüşəcək. Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetitilmiş 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş “Unudulmaz zərbələr geçəsi” adlı yarışda – WBCA kəmər uğrunda 12 raundluq mübarizə aparılacaq. Bununla bağlı Mingəçevir “Kur” otelinin konfrans zalında keçirilən mətbuat konfransında məlumat verilib. Konfransda çıxış edən  WBCA Boks Komitəsinin prezidenti Yaşar Niftəliyev Almaniyada yaşadığını və bu məqsədlə ölkəmizə gəldiyini söyləyib: “İnanırıq ki, ən güclü idmançı yarışda qalib gələcək”. O həmçinin idmanın inkişafına göstərilən qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə öz təşəkkürünü də bildirib.

 

 

 

Almaniyanın Boks Federasiyasının vitse -prezidenti  Artur Ellenza və peşəkar bokusçular – Farşid Rustami və Nikoloz Berkatsaşvili iştirakçılara uğurlar arzulayıb.

Azərbaycanın yığma komandasının baş məşqiçisi Nəriman Abdullayev bizimlə söhbətində belə bir yarışın ilk dəfə keçirildiyini bildirib.

Esmira Hidayətova, Mingəçevir