Suda batan şəxsin cəsədi çıxarıldı

0
1057

Mingəçevir çimərliyinə gələn Bərdə sakini, 36 yaşlı Səxavət Bəhmanov böğularaq batıb. Hadisə ötən gün axşam saatlarında Mingəçevir su anbarının ərazisində baş verib. Dostları ilə birlikdə çimərliyə gələn Səxavət Bəhmanov suyun dərin hissəsində çimərkən qəfil yoxa çıxıb. Əraziyə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib. Axtarışları davam etdirilən 36 yaşlı Bərdə sakininin meydi bu gün səhər saatlarında batdığı ərazidən çıxarılıb.

Esmira Hidayətova, Mingəçevir