Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

0
370

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Mingəçevir Təbriz 7, mən.23-ün sakini Yusifova Qızpəri Dostməmməd qızı hadisə yerində ağır xəsarət alaraq dünyasını dəyişib. 40 yaşlı Qızpəri xanımın qızı Yusifova Ülviyyə müəllimə isə ağır bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüfatlarını alpaninfo.com saytına danışan ölən qadının əri Yusifov Zeynəddin kişi deyib: “Oğlumun maşınında həyat yoldaşım xəstə olduğu üçün onu Göygöl şəhər xəstəxanasına aparıblar. Qayıdan zaman Mingəçevirin ala-qapısının girəcəyində oğlumun idarə etdiyi avtomobilin təkəri anidən çıxaraq arxadan sürətlə gələn avtomobilə çırpılıb. Toqquşmanın sürəti güclü olduğundan yoldaşım avtomobilin qabaq şüşəsindən çıxıb yola düşüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qızımı Ülviyyənin isə 4 qabırğası sınıb, başına qan sızıb və boyun nahiyəsindən də ağır xəsarət alıb. Hazırda qızım xəstəxanadadır”.

Esmira Hidayətova, Mingəçevir.