Mingəçevirdə polis işçilərinin peşə bayramı qeyd edilib

0
923

Mingəçevir şəhər Polis İdarəsində 2 iyul Polisi Günü münasibətilə tədbir keçirilib. Asayiş keşikçiləri əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

 

Tədbirdə şəhər İcra Hakimiyyətinin, şəhər Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Cavid Muradov  təqvimin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polis orqanı yaradıldığını qeyd edib və Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirib. Daha sonra ölkəmizdə 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunmasının isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran rəis 1998-ci il 24 may tarixli fərmanı ilə bu günün Azərbaycan Polisi günü kimi qeyd edildiyini nəzərə çatdırıb. Polis polkovniki  Cavid Muradov Azərbaycan Respublikasının Daxili İşlər Naziri polis-general polkovniki cənab Ramil Usubovun polisin peşə bayramı münasibəti ilə təbriklərini və xoş arzularını diqqətə çatdırıb. O deyib ki, Nazirliyin əmrinə əsasən xüsusi rütbəli polis kapitanı Mingəçevir ŞPŞ -nin qeydiyyat və şəxsiyyər vəsiqəsi qrupunun inspektoru, polis baş leytinantı Məmmədov Zaur Ələm oğlu DİN-də əla xidmətlərinə görə döş nişanına, ŞPŞ-istintaq bölməsinin baş müstəntiqi polis mayoru Əhmədov Rəşad Mustafa oğluna təşəkkür elan olunub.

 

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək  polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinin insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qoruması işində uğurlar arzulayıb.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin şəhər şöbəsinin rəisi Şahin Xəlilov da çıxış edərək səmimi təbriklərini çatdırıb.

Tədbirdə polis veteranları da çıxış ediblər. Onlar öz təbriklərində ölkəmizdə əmin-amanlığın və sabitliyin qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıblar. Qeyd ediblər ki, polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir, bu gün Azərbaycan polisinin öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırıldığını söyləyiblər.

 

Tədbirin sonunda xidmətdə fərqlənən şəhər Polis İdarəsinin bir sıra əməkdaşlarına Mingəçevir şəhər İcra Hakimiyyətinin  Fəxri fərmanları təqdim edilib.

 

Esmira Hidayətova, Mingəçevir