İkinci finalçı Almaniya oldu

0
188

Konfederasiyalar Kubokunda ikinci yarımfinal matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Çilidən sonra Almaniya və Meksika da həlledici oyun üçün meydana çıxıblar.

 

Matça olduqca sürətli başlayan Almaniya millisi artıq 8-ci dəqiqədə hesabı 2:0 edib. 6 və 8-ci dəqiqələrdə Qoretzka fərqlənib. “Bundestim” ilk hissəni bu hesabla üstün başa vurub.

 

İkinci hissədə Meksika daha bir dəfə məyus olub. Bu dəfə Verner səhnəyə çıxıb. Gənc hücumçu saatın tamamına bir dəqiqə qalmış fərqi artırıb.

 

Matçına sonuna bir dəqiqə qalmış Fabian fərqi azaltsa da, bu, təsəllidən başqa bir işə yaramayıb. Çünki Yunes əlavə olunmuş dəqiqələrdə Almaniyanın 4-cü qoluna imza ataraq qələbəyə şübhə yeri qoymayıb.

 

FİFA Konfederasiyalar Kuboku-2017

Yarımfinal

29 iyun

 

Almaniya – Meksika – 4:1

Qollar: Qoretzka, 6, 8, Verner, 59, Yunes, 90+1 – Fabian, 89

Soçi. “Fişt” stadionu