“Dərmanlama kütləvi aparılamlıdır”

0
133

Mingəçevirdə ağcaqanadlara, gəmiricilərə və digər ziyanverici həşaratlara qarşı dezinfeksiya işləri aparılır. Bu günlərdə şəhərin bir neçə yaşayış binasında Mənzil və Abadlaşdırma İdarəsi tərəfindən dərmanlama işləri aparılıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd ərazidə hər hansı xəstəliklərin yayılmasının qarşısını almaqdır. Lakin bu yalnız dərmanlama işinə şəhərdə fəlaiyyət göstərən irili-xırdalı 700 idarədən cəmisi 17 idarə ilə Dezinfeksiya İdarəsi müqavilə bağlaya bilib.

İdarənin şöbə müdiri Zahid Məmmədovun sözlərinə görə, dərmanlama işləri şəhərdə kütləvi aparılmalıdır: “Təsərrüfat hesablı idarə olduğumuza görə hələlik 17 idarə ilə müqaviləmiz var. Amma şəhərdə dərmanlama kütləvi aparılamlıdır. Biz şəhərin bir hissəsini dərmanlayırıq. Ziyanvericilər, həşaratlar, gəmiricilər həmin ərazilərdən qaçaraq digər tərəflərə üz tuturlar. Ona görə də hər bir idarə, müəssisənin dərmanlama işləri üçün bizimlə müqaviləsi olmalıdır”.

Qeyd edək ki, şəhərdə hələ ki 21 binada ziyanvericilərə qarşı dərmanlama işləri aparılıb. İdarədən verilən məlumata görə, şəhərin idarə, müəssisələrin müqaviləsi olmadığına görə dezinfeksiya işlərinin aparılması işləri də ləngiyir.

Esmira Hidayətova, Mingəçevir