Qarabağ qələbə qazandı

0
222

İyulun 15-də UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu Ağdamın “Qarabağ” futbol komandası ikinci təsnifat mərhələsində ilk qələbəsini qazanıb.
Maltada “Ta Qali Milli Stadionu”nda yerli “Valletta” komandası ilə qarşılaşan “Qarabağ”ın heyətində İbrahim Şehiç, Qara Qarayev, Reynaldo, Muarem Muarem, İlqar Qurbanov, Riçard Almeyda, Admir Teli, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov, Çumbinyo meydana çıxıb.
“Valletta”nın heyətində isə oyuna Nikolas Vella, Conatan Karuana, İan Atsopardi, Rayan Kamilyeri, Rayan Fenek, Uqo Fariya, Roderik Briffa, Latif Elford-Alliyu, Şon Bayada, Abdelkarim Nafti, Luk Dimek çıxıb.
Oyuna fəal başlayan “Qarabağ” 17-ci dəqiqədə hesabı açıb.
Topu rəqib komandanın qapısından 70 nömrəli oyunçu Çumbinyo keçirib. Hər iki hissədə rəqibini üstələyən “Qarabağ”ın bir neçə qol vurmaq şansı olsa da oyunçular bundan yararlana bilməyib. Oyun 0:1 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin xeyrinə başa çatıb.
Oyunu isveçrəli Adrien Jaccottet idarə edib. Ona həmyerliləri Johannes Vogel, Stephane De Almeida, Sandro Scharer kömək ediblər.
Cavab oyunu iyulun 22-də Bakıda keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here