“Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”ın premyerası keçirilib

0
615

Mingəçevir Dövlət Dram Teatrında görkəmli Azərbaycan klassiki, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşasının premyerası keçirilib. Teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artistlər – Şıxı Yaqubov (Xan), Ella Yaqubova (Pəri xanım), artistlərdən – Asim Məmmədov (Vəzir), Könül Hacıyeva (Şölə xanım), Elmira İbrahimova (Ziba xanım), Fəridə Məmmədova (Nisə xanım), Paşa Salmanov (Teymur ağa), Aydın Quliyev (Hacı Salah) iştirak ediblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı builki teatr mövsümünü bu tamaşa ilə bağlayacaq.

Esmira Hidayətova, Mingəçevir