NASA fəzaya qeyri-adi yüklü kapsul göndərib

0
177
NASA Beynəlxalq Kosmik Stansiyaya təchizat və ləvazimatlar çatdıracaq “Cygnus” kapsulunu, nəhayət ki, kosmosa göndərə bilib. “Cygnus” ABŞ-ın Vircina ştatındakı Şərq Sahili bölgəsindən fəzaya yola salıb. Məlumat üçün qeyd edək ki, kapsulun havalandırılması həm texniki nasazlıq, həm də qeyri-sabit hava şəraiti ucbatından bir neçə ay gecikib.
“Cygnus”un qida, minipeyklər, elmi nümunələr, təchizat və ləvazimatlardan ibarət 1360 kiloqramlıq yükü arasında astronavtlar üçün hazırlanmış xüsusi geyimlər də var. Ən son texnologiyalar əsasında hazırlanmış gimnastik geyimlər insan bədənində bakteriya və tər qoxusunun meydana gəlməsinin qarşısını alır. Bu geyimlər sayəsində gündəlik iki saatını idmana ayıran astronavtların tər qoxusu və tez-tez geyim dəyişdirmə problemi azalacaq. NASA-nın elm adamları bu geyimlərin sınaq məqsədilə kosmik stansiyaya göndərdiklərini açıqlayıblar. Əgər geyimlər etimadı doğrultsa onların geniş şəkildə istehsal və istifadəsi mümkün olacaq.

NASA-nın məlumatına görə, “Cygnus” sabah, yəni ayın 16-sı stansiyaya çatacaq. Kapsul bir ay stansiyaya bağlı qalacaq. Həmin müddət ərzində bura stansiyadakı tullantılar və lazımsız əşyalar yüklənəcək. Məlumat üçün bildirək ki, kapsul hazırlanarkən mühəndislər tərəfindən onun beyninə özünüməhv etmə proqramı yazılıb. Bir ay tamam olduqdan sonra həmin proqram işə salınacaq və “Cygnus” yığdıqları tullantılarla birlikdə atmosferdə yanaraq yox olacaq. Bu şəkildə də tullantıların həm Yer kürəsini, həm fəzanı çirkləndirməsinin qarşısı alınacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here