Ürək xəstəliklərinin faizi artmağa başlayıb

0
138

“Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır”. Bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: “Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir”.

F.Quliyev bildirib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb: “Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir”.report