“Subaba” türbəsi yox olmaq üzrədir

0
371

Quba rayonunun Alpan kəndi ərazisində XVI əsrdə tikildiyi bildirilən “Subaba” türbəsi var. Türbə Səfəvilərin hökmranlığı dövründə Səfəvi qoşununun bu kənddən keçərkən vəfat etmiş sərkərdələrindən biri olan sufi Mikayılın məzarı üzərində tikilib. Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək Subaba adını alıb.
Türbə 1918-ci il soyqırımında ermənilər tərəfindən dağıdıldıqdan sonra bərpa edilib, lakin tarixi abidənin hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Baxımsızlıq üzündən aşınmaya məruz qalmış türbə – tarix yox olmaq üzrədir.
“alpaninfo.com” “Report”a istinadən “Subaba” türbəsindən hazırlanan fotoreportajı təqdim edir.