20-yə yaxın taksi saxlanıldı

0
243

Bu gün Mingəçevirdə 15 saylı ərazi  Nəqliyyat Departamenti və şəhər Dövlət Yol Polisi bölməsi qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı növbəti reyd keçirib.

 

Reyd zamanı əsasən fərqlənmə nişanı olmayan 20-ə yaxın taksi sürücüsü saxlanılıb. Onlardan bəzilərinə gün ərzində fərqlənmə nişanı almaq imkanı verilib. Digərləri isə müvafiq qanunlara görə cəzalandırılıblar.

15 saylı ərazi Nəqliyyat Departamentinin əməkdaşı Elvin Zakirov  bildirib ki, avtomobil nəqliyyatı haqqında qanunun tələbinlərinə uyğun olaraq qanundankənar taksi fəaliyyəti göstərən sürücülərə qarşı Dövlət Yol Polisi ilə birlikdə mütamadi olaraq reydlər təşkil edilir.

Esmira Hidayətova, Mingəçevir