“Qaranquş – Yeni nəsil” – uşaqların sevinc məkanı

0
291

 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Mingəçevir şəhərində “Qaranquş-Yeni nəsil” Asudə Zaman Tədris Mərkəzinində uşaqlar üçün tədbir keçirilib. Tədbir maraqlı anlarla uşaqların yaddaşlarına həkk olunub. Balacalarla söhbətdən belə aydın oldu ki, onlar belə tədbirlərli hər zaman səbirsizliklə gözləyirlər.

Artıq 4 ildir ki, bu mərkəz fəaliyyət göstəriri. Fəaliyyət göstərdiyi vaxt ərzində mərkəzin bir neçə layihəsi işıq üzü görüb.

Mərkəzin rəhbəri Mətanət Yusifova  bildirilib ki, Asudə Zaman Tədris Mərkəzinin yaradılmasında əsas məqsəd yaş xüsusiyyətlərinə uyğun olaraq uşaqların boş vaxtlarının səmərəli keçirməsinə nail olmaq, onların interaktiv təlim metodları əsasında əlavə bilik və bacarıqlara yiyələnməsini təmin etmək, həmçinin dərs ili bitdikdən sonra onların yay tətilinin əyləncəli şəkildə təşkil etməkdir. Burada 3 yaşından 10 yaşına kimi uşaqlar riyazi məntiq, məktəbə hazırlıq, rus, ingilis və alman dilləri də öyrənirlər. Bölgədə ilk dəfə olaraq yaradılan bu mərkəzin xidmətlərindən yararlanan uşaqlara təlim-tərbiyə ilə yanaşı, musiqi, rəsm, idman və psixoloji dərslər də keçirilir. O cümlədən uşaqların gələcəkdə şəxsiyyət kimi formalaşmasına kömək məqsədi ilə estetik və əxlaqi mövzuda diskusiyalar təşkil olunur. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də valideynlərinin səmərəli işləməsini və rahatlığını təmin etməkdir. Asudə vaxtlarının dəyərləndirilməsində müstəsna rol oynayacaq bu tədris ocağının fəaliyyətə başlamasından ən çox sevinən isə təbii ki uşaqlar olub.

Qeyd edək ki, uşaqların əqli və mədəni inkişafına xüsusi diqqət yetirən Asudə Zaman Tədris Mərkəzi müasir təlim proqramları əsasında mingəçevirli uşaqlara maraqlı və effektiv dərs saatları təqdim edir.

Esmira Hidayətova, Mingəçevir.