Min ikinci oyun

0
109

Ey yari-bivəfa Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan! Bu imiş məgər dostluğun? Biz məgər səninlə belə danışmışdıq? Məgər səninlə xoş rəftarının əvəzidir ki, bizim barəmizdə eləyirsən?

Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana qaçıb ayaqlarımıza düşüb dedin ki, fəda olum sənə, ey Azərbaycan, mənə rəhm et! Azərbaycanın da sənə yazığı gəldi və əlindən gələn köməyi əsirgəmədi: siyasi sığınacaq verdi. Məgər bu onun əvəzidir ki, indi haqqımızda ağzına gələni danışırsan?

Azərbaycan sənə, üstəlik, həyat yoldaşına və azyaşlı övladına da qucaq açdı, dərdinə şərik oldu, səninlə bağlı həyəcan təbili çaldı… Nəticədə səni ailənlə birgə üçüncü ölkəyə yola saldı. Sən də Azərbaycana və azərbaycanlılara burada olduğun müddətdə göstərilən qayğı, diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirmədinmi? Elə həmin bəyanatında üzünü ermənilər tutub ərz etmədinmi: “Gebbelssayağı aparılan təbliğatınızın heç bir əhəmiyyəti və təsiri olmayacaq. Ən azı ona görə ki, deyilənlərin və yazılanların əksinə olaraq Bakıdakı erməni kilsəsi öz yerindədir. Bakıda və ölkənin müxtəlif guşələrində 40 min erməni yaşayır, Azərbaycanda erməni dilində televeriliş yayımlanır, qəzet çıxır və sairə”. Üstəlik, səni bu vəziyyətə salan Sarkisyan rejiminə üzünü tutub belə bir and da içdin: “Əmin ola bilərsiniz, gələcəkdə harada və hansı ölkədə olacağımdan asılı olmayaraq mənim ölkəmi zəbt etmiş, mənim kimi ermənilərə, eləcə də siz azərbaycanlı əzizlərimə qarşı çoxlu və ağır cinayətlər törətmiş siyasi və hərbi quldurlarla bütün mümkün vasitələrlə və var gücümlə mübarizə aparacağam”. Bəs nə tez dandın dediklərini, ay…?

Məgər bunun əvəzidir ki, Dilqəm Əhmədov, Şahbaz Quliyev öz doğma torpaqlarında yaxınlarının qəbrinin ziyarətinə gedərkən Ermənistan onları girov götürüldükləri halda, sənin kimi bir erməni gəlib Bakının küçələrini rahatca gəzdi, kütləvi informasiya vasitələrinə palaz-palaz müsahibələr verdi, haqqımızda xoş nəğmələr qoşdu. Amma çox çəkməmiş sənin erməni damarın tutdu: Bakıda vermiş olduğun bəyanatların əksinə olaraq Azərbaycan haqqında ağır ittihamlar irəli sürdün? Heç utandınmı? Heç yerə girdinmi, ay…?

Budurmu sənə etdiyimiz yaxşılıqların əvəzi? Bu yerdə sənin haqqında “erməni ki erməni” deməkdən başqa bir ifadə tapa bilmədim. Bəli, tarixən, sizin haylar bu kimi üsullardan istifadə etməklə başımıza min bir oyun açıblar. Elə torpaqlarımızın əlimizdən getməyində də bu kimi oyunlarınız həlledici rol oynayıb. Heç şübhəsiz ki, bizim bu kimi işlərimizdən yaxşı xəbərdarsan. Xususilə Axilles dabanı rolunu oynayan unutqanlığımızdan… Elə oradan da bizi vurdun….

Bu isə sənin simanda min ikinci oyun oldu. Bu oyunun isə zənnimcə, əvvəlcədən düşünülmüş bir olay idi. Kim bilir, bəlkə də niyyətin bizi elə yerimizdəcə dişinə vurub baxmaq imiş… Kim bilir Bakıda olan günlərində, yaxud ondan sonrakı günlərdə Ermənistanın xüsusi kəşfiyyat orqanlarına hansı məlumatları ötürürdün.

…Bu sözləri yazmaqla elə xəyal eyləməyin ki, mən tolerantlığın, insanlığın əleyhinəyəm. Əsla yox. Mən hətta itlə, xüsusilə damarlarından erməni qanı axan itlə də əməkdaşlığın əleyhinə deyiləm. Sadəcə, çomağı yerə qoymamaq şərtilə. Barı heç olmasa atalarımızın bu sözünü unutmayaq…

Qvami Məhəbbətoğlu