“Qonşu ölkəyə gedən xəstələr çoxdur. lakin…”

0
163

Səhiyyə Nazirliyinin Respublika Endikrinoloji Mərkəzin direktor müavini Babək Saleki bildirib ki, özlərində müəyyən şübhəli hallar hiss edən, xəstəliyin müxtəlif formaları müşahidə olunan xəstələr endokrinoloqdan öncə kardioloq, nevropatoloq, göz həkimi və ya digərlərinə müraciət edir.
Onun sözlərinə görə, bəzi hallarda Azərbaycanda həkimlərin lazımi müalicəsindən keçməyən xəstələr qonşu ölkələrə gedirlər: “Qonşu ölkəyə gedən xəstələr çoxdur. Lakin məndə informasiya var ki, oradan tabutun içərisində qayıdanlar çox olur. Onlardan danışan isə yoxdur. Azərbaycanda həkimlər insanlara müəyyən müalicələrdən, hormonların müayinəsindən keçməyi bildirsə də, buna əməl etmirlər. Ancaq İran, Türkiyə və digər ölkələrə gedən zaman orada deyilənlərə əməl olunur, lazım olan-olmayan analizlərin hamısı başdan-ayağa verilir, yoxlanılır, dəqiq diaqnoz qoyulur. Bizim həkimlərin, aparılan əməliyyatların səviyyəsi heç bir Avropa və qonşu ölkələrdən aşağı deyil. İnsanların müraciət etməsi üçün çox savadlı, təcrübəli, peşəkar həkimlər var. Həkimə vaxtında müraciət olunarsa, vaxtında köməklik edə bilərik”.

B.Saleki zob xəstəliyi ilə bağlı vəziyyəti də açıqlayıb. O qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələrində yodlaşdırılmış duzun satılması nəticəsində hazırda qalxanabnzər vəzin xəstəliklərindən olan “endemik zob”la qarşılaşmaq mümkün olmur. Direktor müavinin sözlərinə görə, sadəcə “endemik zob” olan rayonlarda zob xəstəliyindən əziyyət çəkənlər arasında genetik olaraq, bu xəstəliyə meyllik qalıb.apa