“Mançester Yunayted” UEFA Avropa Liqasının çempionu olub.

0
284

Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib. Həlledici görüşdə “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Matçda sevinən tərəf “Mançester Yunayted” olub: 0:2. Bununla da bu komanda UEFA Avropa Liqasının çempionu olub.

Matçın ilk hissəsində nisbətən üstün oyun nümayiş etdirən “qırmızı şeytanlar” 18-ci dəqiqədə hesabı açıblar. Mata, Raşford və Fellaninin gözəl kombinasiyasını mançesterlilərin dünyanın ən bahalı transfer müqaviləsi ilə heyətinə qatdıqları Pol Poqba dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb – 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində – 47-ci dəqiqədə “Mançester Yunayted” hesab arasındakı fərqi iki topa çatdırıb.

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, “Ayaks” komandasını 2:0 hesabı ilə məğlub edən Joze Mourinyonun yetirmələri UEFA Avropa Liqasının kubokunu başları üzərinə qaldırıblar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final görüşü iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.

Avropa Liqası

Final

24 may
“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48

Baş hakim: Damir Skomina

Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan

Əlavə hakim köməkçiləri: Matey Yuq, Slavko Vinçiç

Hakimin ehtiyat köməkçisi: Tomaş Klançnik (hamısı Sloveniya)

Dördüncü hakim: Canluka Roççi (İtaliya)

Stokholm. “Frends Park” stadionu

“Ayaks”: 24. Andre Onana, 3. Joel Veltman, 4. Jairo Ridvald, 5. Davinson Sancez, 9. Bertrand Traore, 10. Deyvi Klaasen, 11. Amin Yunes, 20. Lasse Şön, 22. Hakim Ziyeç, 25. Kasper Dolberq, 36. Mattyis De Ligt

Ehtiyat oyunçular: 33. Diderik Bur, 2. Kenni Tete, 16. Heyko Vesterman, 21. Franki De Yonq, 30. Denni van de Bik, 45. Castin Klayvrt, 77. David Neres

“Mançester Yunyated”: 20. Serxio Romero, 6. Pol Poqba, 8. Xuan Mata, 12. Kris Smollinq, 17. Deyli Blind, 19. Markus Reşford, 21. Andre Herrera, 22. Henrik Mxitaryan, 25. Antonio Valensiya, 27. Maruan Fellaini, 36. Matteo Darmian

Ehtiyat oyunçular: 1. David de Xea, 4. Fil Cons, 10. Ueyn Runi, 11. Antoni Martial, 14. Xese Linqard, 16. Mikael Kerrik, 24. Timoti Fosu-Mensah