Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın Stalinə yazdığı məktubu

0
212

Böyük dramaturq Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın Stalinə göndərdiyi məktub o illərin repressiyasını daha aydın gözlər önünə sərir.

Publika.az Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın Sovet lideri Stalinə yazdığı məktubu təqdim edir:

“Əziz yoldaş Stalin! Mən sizə ikinci dəfədir yazıram. Amma hələ də cavab yoxdur. Mənim həyat yoldaşım Hüseyn Cavid 1937-cildə Azərbaycan NKVD-si tərəfindən həbs olunub. 1939-cu ildə isə 8 illik uzaq şərqə sürgün olunub. Azərbaycan prokurorluğuna da müraciət etmişik, ancaq hələ də cavab ala bilməmişik. Hüseyn Cavid 1882-ci ildə anadan olub. 16 yaşından yazıçılıq fəaliyyətinə başlayıb. Çoxlu sayda pyeslər yazıb. Onun pyesləri gürcü, erməni və tatar xalqları arasında məşhurdur. O, ötən dekadada Türkmənistan Dram Teatrında 2 yeni pyesini hazırladı, hansı ki, sonradan hər ikisi repertuardan çıxarıldı. Son 40 ildə o, Azərbaycan mədəniyyət və incəsənətində önəmli rol oynayıb. Onu “Azərbaycanın Şekspiri”adlandırırdılar. Bədxahlar onun xalqın düşməni olduğunu deyirlər. Lakin o, heç vaxt belə olmayıb və olmayacaq da! O, incəsənətimizə əlavə qatqılar gətirə bilər.Sizin ədalətli olmağınızı nəzərə alıb, sizə müraciət etdim, yoldaş Stalin.

Sizə sədaqətli olan Mişkinaz Cavid

Ünvan: Bakı, Sovetski küçəsi, ev 92”

Xatırladaq ki, Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Kəngərli rayonunda dünyaya gəlib. “Peyğəmbər”, “Topal Teymur” əsərlərinin, “Səyavuş”, “Xəyyam” tarixi dramlarının, ilk mənzum faciənin (Şeyx Sənan) müəllifi olan Cavid əfəndi ədəbiyyatımızın dayaq sütunlarındandır.

O, 1937-ci ildə Sibirə sürgün edilib, 1941-ci ildə isəİrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. Görkəmli dramaturqun nəşi1982-ci ildə Sibirdən vətənə gətirilib.