İslamiada: Millimiz Oman yığması ilə qarşılaşacaq

0
337

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulacaq. Finalda millimiz Oman yığması ilə qarşılaşacaq. Qrupda keçiridiyi oyunlarda iki heç-heçə və bir qələbə ilə ikinci yerin sahibi kimi yarımfinala adlayan yığmamız yarımfinalda Əlcəzairə gücünü göstərib.Yaşar Vahabzadənin yetirmələri ərəblərə iki cavabsız qol vuraraq həlledici mərhələdə oynamağa haqq qazanıb. Artıq qızıl medalların bir addımlığında olan komandamız doğma meydan amilindən də yararlanaraq tarixi şansı əldən vermək istəmir.

Bürünc medal uğrunda isə Kamerunla Əlcəzair yığmaları qarşılaşacaqlar.

IV İslam Həmrəyliyi Oyunları

Futbol

Bürünc medallar uğrunda oyun

14:00. Əlcəzair – Kamerun

Final

21:00. Azərbaycan – Oman