“Ailələrə Sosial Dayaq” İctimai Birliyi layihənin icrasına başladı

0
302

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas  məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin  göstərilməsinə könüllülərin cəlb edilməsindən,  onların və bu sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və  bacarıqlarının artırılmasından ibarətdir.Layihənin 6 ay müddətində Mingəçevir şəhərində həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 oktyabr 2011-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Təşkilatın  əsas amalı və hədəfi ailələrin sosial problemlərinin həllinə  kömək etmək və bununla da ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərmək.

Esmira Hidayətova, Mingəçevir