“Gənclərin radikal meyllərdən qorunması” müzakirə olunub

0
310

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyllərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru Azər Qazıyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addım olduğunu bildirib.

“Gənclərin radikal meyllərdən qorunması” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsiüzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininmüdir müavini Sahib Əliyev “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu”, Mingəçevir şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyətçi-dinşünas Müşfiq Nəcəfov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda çıxış ediblər. Məktəbin tarix müəllimi Zaur Müseyibov və X sinif şagirdi Nərminə Nəbiyeva milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsi mühüm vəzifələrdən biri olduğunu, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərim tərbiyəsində mühüm rol oynadığını bildiriblər. Tədbirdə Mingəçevir şəhər Təhsil Şöbəsinin əməkdaşı Elza Qəniyeva da iştirak edib.

Tədbirin sonunda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.

Esmira Hidayətova