Ukrayna ordusunun uğurlu əməliyyatları davam edir

0
200
Ukrayna güc strukturları Donbass bölgəsində separatçıların nəzarətində olan daha bir şəhəri azad edib.
 Bununla bağlı verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində silahlı separatçılar Donetsk vilayətinin Seversk şəhərini tərk etməyə məcbur olub. Faktı qondarma “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Qirkin (Strelkov) də təsdiqləyib. İ. Qirkin bildirib ki, onun qüvvələri mühasirəyə düşməmək üçün Seversk şəhərindən çıxıb.

Antiterror əməliyyatının mətbuat katibi Vladislav Seleznyov Seversk istiqamətində terrorçuların olduğu ərazinin mühasirəsi üçün kompleks tədbirlər həyata keçirildiyini söyləyib: “Silahlılar bütün manevr və hücum imkanlarının tükəndiyini gördükdə Seversk yaşayış məntəqəsindən qaçmağa məcbur olublar. Həmin rayonda antiterror əməliyyatı davam edir”.

Xatırladaq ki, separatçı-terrorçu qruplaşma iyulun 5-də Slavyansk və Kramatorsk şəhərlərini tərk edərək Donetsk şəhərinə qaçıb. Donbass bölgəsinin əksər yerlərindən sıxışdırılan separatçıların əsas qüvvələri hazırda Donetsk və Luqansk şəhərlərində cəmləşib. Bu arada isə Ukraynanın şərqində separatçı qruplaşmanın rəhbərliyi Donetsk şəhərində Ukrayna qoşunlarına qarşı sona kimi vuruşacaqlarını bəyan edib. Qondarma Donetsk Xalq Respublikasının qubernatoru Pavel Qubaryov artıq geriyə çəkiləsi bir yer olmadığını, ya qələbə ya ölüm seçimi qarşısında qaldıqlarını deyib.

Ötən ay separatçıların ələ keçirdiyi Ukrayna hava qüvvələrinin qadın pilotuna qarşı Rusiyada cinayət işi açılıb. Pilot 2 rusiyalı curnalistin qətlində ittiham olunur. 31 yaşlı ukraynalı pilot Nadecda Savçenko hazırda Rusiya istintaq təcridxanasında saxlanılır. Onun Rusiyaya hansı yolla gətirildiyi bəlli deyil.

 

“Ukraynaya yeni təcavüz

Rusiya üçün təhlükə ola bilər”

1977-1981-ci illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri olmuş Zbignev Brzecinski “Washington Post” qəzetində “Putinin Ukranyada 3 seçimi” adlı məqalə yazıb. Birinci seçim odur ki, Putin Ukraynanın indi Avropa Birliyinə doğru getdiyi yola uyğunlaşa bilər, onun suverenliyinə və iqtisadiyyatına hücumları dayandıra bilər. Ancaq bu yol Rusiyadan, eləcə də Ukraynadan və Qərbdən böyük ağıl tələb edir.

Bu halda Ukrayna Avropa Birliyinə doğru hərəkətini davam etdirir, Qərb də söz verir ki, Ukrayna NATO-nun üzvü olmayacaq.

İkinci seçim odur ki, Putin yaraqlılara dəstək verməklə hərbi müdaxiləni davam etdirir, Ukraynanın ayrı-ayrı yerlərində sabitlsizlik yaradır. Rusiya bu yolunu davam etdirsə, Qərb də sanskiyaları davam etdirməlidir.

3-cü seçim isə Rusiyanın Ukraynaya birbaşa təcavüzüdür. Bu halda Qərb Ukraynanın müqavimətinə hər cür dəstək verməlidir.

Putin 3-cü seçimi etsə, bu, Rusiyanın təcrid olunmasına və böyük siyasi və iqtisadi itkilərinə gətirəcək. Brzecinski hesab edir ki, ən yaxşı yol birinci yoldur. Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyası ilə barışıb, buna uyğunlaşmanın üsulunu tapmalıdır.

Brzecinski xəbərdarlıq edir ki, Putin indiki vaxtda təhlükəli oyun oynayır, onun Ukrayna ilə bağlı hərəkətləri təkcə Qərbə təhlükə deyil, həm də Rusiyanın özünə təhlükədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here