Bakı – dünyanın ən bahalı 46-cı şəhəri

0
237
Dünyada əcnəbilər üçün ən bahalı şəhərlər siyahısına Afrikanın iki şəhəri başçılıq edir. 
Anqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena siyahının başında dururlar. Bu barədə məlumat “Mercer” Beynəlxalq Konsaltinq Şirkətinin illik hesabatında yer alıb. Reytinqdə Afrikadan sonra Avropa və Asiya şəhərləri gəlirlər. Honkonq 3-cü, Sinqapur 4-cü yerdədir. Sürix 3 pillə irəli çıxaraq beşinci yerdə qərarlaşıb. Cenevrə 6-cı yerdədir. Tokio dörd pillə düşərək, 7-ci yeri tutub. Pakistan əcnəbilər üçün ən ucuz məkan sayılır. Reytinqin hesablandığı 211 şəhər içində Karaçi sonuncu yerdə qərarlaşıb. 211 şəhərdə 200 məhsul və xidmətin qiyməti müqayisə olunub. Buraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları və əyləncə xərcləri daxildir.  Sözügedən siyahıda Moskva 9, Bakı 46, Yerevan 187, Tbilisi 194-cü bahalı şəhərdir. Keçən il Bakı 57-ci yerdə idi. Bir il ərzində 11 pillə irəliləyib. Bahalığa görə, Bakı bəzi Avropa şəhərlərindən öndə gedir. Belə ki, Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci yerdədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here